SOCAR nümayəndəsi: TAP və interkonnektorlar ixrac coğrafiyasını genişləndirib

SOCAR nümayəndəsi: TAP və interkonnektorlar ixrac coğrafiyasını genişləndirib

BİZNES
792

2020-ci ilin sonunda Trans-Adriatik Boru Kəməri (TAP) istismara verilib ki, bu da Azərbaycan qazının birbaşa Avropa bazarlarına çatdırılmasına imkan yaradaraq tarixi mərhələ hesab olunur.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ardınca, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd ixrac həcmlərinin artırılması və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi üçün aydın çərçivə müəyyənləşdirib.

V.Bəylərbəyov qeyd edib ki, Yunanıstan–Bolqarıstan və Bolqarıstan–Serbiya interkonnektorları və bir sıra Avropa ölkələrinin ötürücü sistem operatorları ilə əməkdaşlıq təşəbbüsləri Azərbaycan qazının ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda Azərbaycan qazı 10-u Aİ üzvü olmaqla 16 ölkəyə çatdırılır. Təkcə 2025-ci ildə Avropa istehlakçılarına təxminən 13 milyard kubmetr qaz tədarük edilib ki, bu da 2021-ci illə müqayisədə təxminən 60 faiz artım deməkdir.

Vitse-prezident əlavə edib ki, 1 fevral 2026-cı il tarixinədək Cənub Qaz Dəhlizi vasitəsilə ümumilikdə 91,4 milyard kubmetr qaz nəql olunub, bunun 55 milyard kubmetrdən çoxu Avropaya çatdırılıb. O, bu qısa müddətdə əldə olunan artımı dəhlizin etibarlılığının və Azərbaycanın gələcək illərdə tədarükü artırmaq potensialının aydın göstəricisi kimi qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR nümayəndəsi: TAP və interkonnektorlar ixrac coğrafiyasını genişləndirib — Fins.az — Fins.az