SOCAR və “MOL Group” Azərbaycanda birgə layihələri müzakirə edib

SOCAR və “MOL Group” Azərbaycanda birgə layihələri müzakirə edib

BİZNES
405

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın “MOL Group” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələr müzakirə olunub.

Fins.az xəbər verir ki, bu barədə SOCAR Prezidenti Rövşən Nəcəf özünün “X” hesabında məlumat paylaşıb.

Məlumata əsasən, görüş Daşkənddə keçirilən “Özbəkistan neft və qazı - 2026” sərgi və konfransı çərçivəsində baş tutub. Tədbir zamanı “MOL Group” şirkətinin kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Jombor Marton ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə SOCAR ilə “MOL Group” arasında möhkəm və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb, həmçinin Azərbaycanda birgə upstream layihələrinin genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub.

Tərəflər xüsusilə Azərbaycanın Şamaxı–Qobustan bölgəsində yerləşən quru sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində aparılan işlər barədə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, enerji təhlükəsizliyi və dayanıqlı inkişafın səmərəli enerji həlləri vasitəsilə dəstəklənməsi istiqamətində gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Qeyd edək ki, “MOL Group” 2020-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağında 9,57 % pay və Bakı–Tbilisi–Ceyhan neft kəmərində 8,9 % effektiv pay əldə etməklə Azərbaycan enerji bazarına daxil olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR və “MOL Group” Azərbaycanda birgə layihələri müzakirə edib — Fins.az — Fins.az