SOCAR idarəsinin yanvarda ixracı 14,4 milyon ABŞ dolları olub

SOCAR idarəsinin yanvarda ixracı 14,4 milyon ABŞ dolları olub

BİZNES
459

2026-cı ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 14,4 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.

Fins.az xəbər verir ki, bu məlumatlar 2026-cı ilin fevral buraxılışında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nda yer alıb.

Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 62,7% azalıb.

Qeyd olunub ki, qeyri-neft sektorunda dövlətə məxsus şirkətlərin ixrac əməliyyatlarında liderlik ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsusdur. Digər dövlət şirkətləri isə aşağıdakılardır:

SOCAR Polymer MMC

AzerGold QSC

Azəralüminium MMC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi

Azərpambıq Aqrar Sənaye Kompleksi MMC

SOCAR-DALĞIC MMC

Azərbaycan Dəmir Yolları QSC

Naxçıvan MR Dövlət Energetika Xidməti

İstisu mineral su zavodu MMC

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR idarəsinin yanvarda ixracı 14,4 milyon ABŞ dolları olub — Fins.az — Fins.az