SOCAR İdarəsinin yanvar-mart ayları ərzində əldə etdiyi ixrac gəlirləri açıqlanıb

SOCAR İdarəsinin yanvar-mart ayları ərzində əldə etdiyi ixrac gəlirləri açıqlanıb

BİZNES
215

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 35,3 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nda bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 69,7 milyon ABŞ dolları və ya təxminən 3 dəfə azalma deməkdir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında “SOCAR POLYMER” MMC lider mövqedə qərarlaşıb. Siyahıda həmçinin “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “AzərEnerji” ASC, “Socar Cape” MMC və “Naxçıvan Enerji” MMC yer alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR İdarəsinin yanvar-mart ayları ərzində əldə etdiyi ixrac gəlirləri açıqlanıb — Fins.az — Fins.az