SOCAR Green: Hibrid enerji layihələri sistemlərin dayanıqlığını artıracaq

SOCAR Green: Hibrid enerji layihələri sistemlərin dayanıqlığını artıracaq

BİZNES
143

Günəş və külək enerjisi istehsalını enerji yığım sistemləri ilə birləşdirən hibrid layihələr bərpa olunan enerji mənbələrinin artması fonunda enerji sistemlərinin dayanıqlığının təmin edilməsində əsas alətlərdən birinə çevriləcək.

Fins.az xəbər verir ki, bu barədə “SOCAR Green” şirkətinin Texnologiyalar və İnnovasiyalar departamentinin direktoru Elçin Tarquliyev Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, hazırda əsas diqqət təkcə bərpa olunan enerji mənbələrinin payının artırılmasına deyil, həm də onların enerji sistemlərinə inteqrasiyası zamanı çeviklik və etibarlılığın təmin edilməsinə yönəlib.

E.Tarquliyev qeyd edib ki, günəş və külək enerjisi hava şəraitindən asılı olduğuna görə dəyişkən istehsal xüsusiyyətinə malikdir. Lakin bu iki mənbənin birgə tətbiqi istehsal dəyişkənliyinin müəyyən hissəsini kompensasiya etməyə imkan yaradır.

O vurğulayıb ki, enerji yığım sistemləri təchizatın sabitliyini təmin edən əsas elementlərdən biri kimi çıxış edir. Onun sözlərinə görə, bərpa olunan enerji sektorunun gələcək inkişafı əhəmiyyətli dərəcədə hibrid layihələrdən asılı olacaq.

E.Tarquliyev əlavə edib ki, bu tip layihələrin həyata keçirilməsi müəyyən çətinliklər yaradır və müxtəlif bərpa olunan enerji mənbələrinin inkişafı üçün yüksək potensiala malik ərazilərin düzgün seçilməsi tələb olunur.

“SOCAR Green” rəsmisi həmçinin qeyd edib ki, hidrogen texnologiyaları enerji keçidində və karbon neytrallığı hədəflərinin əldə olunmasında mühüm rol oynayacaq və gələcək enerji sistemlərinin əsas komponentlərindən birinə çevriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR Green: Hibrid enerji layihələri sistemlərin dayanıqlığını artıracaq — Fins.az — Fins.az