
SOCAR – Enerji sektorunun aparıcı brendi
Fins.az-Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın enerji sektorunda strateji əhəmiyyətə malik dövlət şirkətidir.
Neft və qazın hasilatı, emalı və ixracı sahəsində fəaliyyət göstərən şirkət ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir.
SOCAR beynəlxalq layihələrdə iştirak edərək Azərbaycanın enerji resurslarını dünya bazarına çıxarır. Şirkət müasir texnologiyaların tətbiqi, infrastrukturun yenilənməsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyi ilə seçilir.
Eyni zamanda, sosial layihələr və ekoloji təşəbbüslər vasitəsilə cəmiyyətə töhfə verir. SOCAR brendi həm ölkə daxilində, həm də beynəlxalq arenada etibarlı enerji tərəfdaşı kimi tanınır.
Aynur Bayramova