SOCAR enerji saxlama texnologiyaları ilə şəbəkənin dayanıqlığını artırmağı planlaşdırır – Əfqan İsayev

SOCAR enerji saxlama texnologiyaları ilə şəbəkənin dayanıqlığını artırmağı planlaşdırır – Əfqan İsayev

BİZNES
330

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) enerji keçidi dövründə şəbəkənin dayanıqlığını təmin edəcək enerji saxlama layihələrində maraqlıdır.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Vaşinqtonda keçirilmiş ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş konfransda məlumat verib.

Ə.İsayev bildirib ki, günəş və dəniz külək stansiyaları kimi bərpa olunan enerji texnologiyaları əvvəlcə baha başa gələn layihələri daha səmərəli edir və enerji saxlama texnologiyaları şəbəkənin dayanıqlığını artırmağa kömək edə bilər.

Həmçinin SOCAR-ın geotermal enerji layihələri üçün tərəfdaşlar axtardığı qeyd olunub. Ə.İsayev vurğulayıb ki, hidravlik və qeyri-hidravlik qırılma texnologiyaları geotermal enerjidə tətbiq oluna bilər və şirkət bu sahədə ABŞ tərəfdaşları ilə əməkdaşlıq imkanlarını araşdırır.

Bu təşəbbüslər SOCAR-ın enerji keçidi dövründə həm dayanıqlı enerji mənbələrinin inteqrasiyası, həm də regional enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində strateji addımlarından biridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR enerji saxlama texnologiyaları ilə şəbəkənin dayanıqlığını artırmağı planlaşdırır – Əfqan İsayev — Fins.az — Fins.az