SOCAR “EKOL Mühəndislik Xidmətləri”ni tam nəzarətə götürüb

SOCAR “EKOL Mühəndislik Xidmətləri”ni tam nəzarətə götürüb

BİZNES
365

Fins.az - “EKOL Mühəndislik Xidmətləri” QSC-nin səhmdar strukturunda dəyişiklik baş verib.

Şirkətin 49%-lik payına nəzarət edən “Lancer Services S.A.” öz səhmlərini sataraq bazardan çıxıb. Həmin payı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) alıb və bununla da “EKOL Mühəndislik Xidmətləri”ndə tam, 100%-lik nəzarəti əldə edib.

Qeyd edək ki, şirkət 2006-cı ildə təsis olunub və nizamnamə kapitalı 4,072 milyon manat təşkil edir. “EKOL Mühəndislik Xidmətləri” ekoloji yönümlü xidmətlər sahəsində fəaliyyət göstərir. Şirkətin əsas istiqamətləri arasında sənaye və məişət tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası, ekoloji qiymətləndirmələr və texniki-normativ sənədlərin hazırlanması yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR “EKOL Mühəndislik Xidmətləri”ni tam nəzarətə götürüb — Fins.az — Fins.az