SOCAR və bp Xəzərdə seysmik məlumatları vahid platformaya birləşdirir

SOCAR və bp Xəzərdə seysmik məlumatları vahid platformaya birləşdirir

BİZNES
224

Fins.az - Enerji sektorunda rəqəmsallaşma, süni intellekt və birgə məlumat platformaları yeni inkişaf mərhələsinin əsas istiqamətləri kimi ön plana çıxır. Bakı Enerji Həftəsində çıxış edən bp, SOCAR və digər beynəlxalq şirkətlərin nümayəndələri enerji təhlükəsizliyi və dayanıqlılığın əsas prioritet olduğunu vurğulayıblar.

SOCAR və bp tərəfindən həyata keçirilən layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda mövcud bütün seysmik məlumatların vahid bazada toplanması nəzərdə tutulur. Bu təşəbbüs yataqların daha dəqiq modelləşdirilməsi və yeni ehtiyatların aşkarlanması üçün mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, süni intellekt texnologiyalarının tətbiqi nəticəsində yeni quyuların planlaşdırılması müddəti 300 gündən təxminən 50 günə endirilib. Bu, enerji sektorunda rəqəmsal transformasiyanın real nəticələrindən biri kimi qiymətləndirilir.

“Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və “Qarabağ” kimi strateji yataqlarda yeni investisiya mərhələləri, kompressor layihələri və satellit inkişaf modelləri tətbiq olunur. Şirkətlər mövcud yataqlardan maksimum səmərə əldə etməyə və hasilatın uzunmüddətli dayanıqlığını təmin etməyə fokuslanıb.

Bundan əlavə, qlobal enerji şirkətləri Azərbaycanın Orta Dəhliz üzərində yerləşən strateji mövqeyini yüksək qiymətləndirir və ölkəni enerji-logistika mərkəzi kimi görürlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR və bp Xəzərdə seysmik məlumatları vahid platformaya birləşdirir — Fins.az — Fins.az