SOCAR 2035-ci ilə qədər balanslı enerji portfeli yaratmağı planlaşdırır

SOCAR 2035-ci ilə qədər balanslı enerji portfeli yaratmağı planlaşdırır

BİZNES
2,976

Finss.az - SOCAR geotermal enerji üzrə tərəfdaş axtarır.

Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib ki, şirkət artıq “SLB” ilə birlikdə Azərbaycanın geotermal enerji potensialını araşdırıb və indi bu istiqamətdə təcrübəli tərəfdaşla əməkdaşlıq etməyə hazırdır.

Onun sözlərinə görə, SOCAR-ın hədəfi 2035-ci ilə qədər balanslı enerji portfeli yaratmaqdır. Buraya həm yüksək karbonlu, həm də aşağı karbonlu layihələr daxildir. İsayev bir neçə nümunə də göstərib:

  • “Light Source” və bp ilə 240 MVt gücündə layihələrin icrası;
  • Səngəçal terminalının elektrikləşdirilməsi;
  • “Masdar” və digər tərəfdaşlarla üç yeni layihənin işə salınması.

O qeyd edib ki, əldə edilən nailiyyətlərin əsasında əməkdaşlıq dayanır:

“Son üç ildə mühüm uğurlar qazandıq, lakin bunların hamısı əməkdaşlıq sayəsində mümkün oldu. Bu əməkdaşlıq həm bilik mübadiləsini gücləndirir, həm də dekarbonizasiya prosesini sürətləndirir.”

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR 2035-ci ilə qədər balanslı enerji portfeli yaratmağı planlaşdırır — Fins.az — Fins.az