SLB: Boru kəmərlərinin idarə edilməsində tam avtonom sistemlərə keçid gözlənilir

SLB: Boru kəmərlərinin idarə edilməsində tam avtonom sistemlərə keçid gözlənilir

BİZNES
94

Boru kəməri idarəetməsinin gələcəyi insan müdaxiləsi olmadan qərarların avtomatik icra olunduğu tam avtonom və qapalı idarəetmə sistemlərinə keçidlə formalaşacaq.

Fins.az xəbər verir ki, bu barədə SLB (Schlumberger) şirkətinin Asiya üzrə Ağıllı Əməliyyatlar Həlləri rəhbəri Migel Hernandez boru kəməri infrastrukturunun idarə edilməsində rəqəmsal texnologiyaların inkişafına dair təqdimatda bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşdırmanın əsas ideyası bütün məlumatların vahid sistemdə birləşdirilməsi və analitik hesablama imkanlarının yaradılması olub.

Migel Hernandez qeyd edib ki, məlumatların inteqrasiyasına dair ənənəvi yanaşmalar artıq müasir texnoloji tələblərə cavab vermir və yeni həllərə ehtiyac yaranıb.

O bildirib ki, boru kəməri infrastrukturunun genişliyi bütün xətt boyunca sensorların yerləşdirilməsini çətinləşdirir və bu səbəbdən proqram təminatı əsaslı modelləşdirmə və rəqəmsal hesablamalar daha vacib rol oynayır.

Şirkət rəsmisi vurğulayıb ki, müasir sistemlər çoxfazalı axınların, virtual axın modellərinin və nəqliyyat dinamikasının təhlilinə imkan verərək boru kəmərlərinin təhlükəsiz istismarını təmin edir.

Onun sözlərinə görə, rəqəmsal əkiz texnologiyası boru kəmərlərinin bütün həyat dövrünü — dizayndan istismardan çıxarılmaya qədər — əhatə edərək risklərin proqnozlaşdırılmasına və sistemin daha effektiv idarə olunmasına şərait yaradır.

Migel Hernandez əlavə edib ki, növbəti mərhələ süni intellekt və maşın öyrənməsi vasitəsilə analitika və optimallaşdırmanın gücləndirilməsidir.

Onun sözlərinə görə, sənayedə əsas çağırışlardan biri avtonom idarəetmə sistemlərinə keçiddir və bu proses İT və OT sistemləri arasındakı inteqrasiya çətinlikləri ilə məhdudlaşır.

Şirkət nümayəndəsi bildirib ki, son məqsəd insan müdaxiləsi olmadan analitik nəticələrin birbaşa icra olunduğu qapalı dövrəli idarəetmə sistemlərinin yaradılmasıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SLB: Boru kəmərlərinin idarə edilməsində tam avtonom sistemlərə keçid gözlənilir — Fins.az — Fins.az