
Səudiyyə Ərəbistanının fond bazarında 123 milyard dollarlıq sıçrayış — Xarici sərmayə məhdudiyyətlərinin yumşaldılması gözlənilir
Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Tadawul All Share indeksi Bloomberg-in ölkədə xarici sərmayədarlığa qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi xəbərlərdən sonra 5% artıb. Bu artım nəticəsində fond bazarının kapitallaşması bir gündə 123 milyard dollar yüksəlib.
Hal-hazırda Səudiyyə Ərəbistanının açıq səhmdar şirkətlərində xarici sərmayədarlığın səviyyəsi 49% ilə məhdudlaşdırılıb. Bloomberg fond bazarının tənzimləyicisinin idarə heyətinin üzvünə istinadla xəbər verir ki, bu məhdudiyyətlər 2025-ci ilin sonuna kimi ləğv oluna bilər.