Səngəçal terminalında ixrac həcmləri açıqlanıb

Səngəçal terminalında ixrac həcmləri açıqlanıb

BİZNES
383

2026-cı ilin birinci rübündə Səngəçal terminalından təxminən 47 milyon barrel neft və kondensat ixrac edilib və bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunub.

Fins.az-ın bp şirkətinə istinadən xəbər verir ki, 2025-ci ilin birinci rübündə ixrac həcmi 52,3 milyon barrel təşkil edib ki, bu da illik müqayisədə 10,1% azalma deməkdir.

Hesabat dövründə AÇG və Şahdəniz yataqlarından hasil edilən neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunması davam etdirilib.

Məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və kondensat təşkil edir. Şahdəniz qazı üzrə emal gücü təxminən 81 milyon standart kubmetr, ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr səviyyəsindədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səngəçal terminalında ixrac həcmləri açıqlanıb — Fins.az — Fins.az