Səfir:Fransanın Azərbaycanla 460 milyon avrodan çox ticarət kəsiri var

Səfir:Fransanın Azərbaycanla 460 milyon avrodan çox ticarət kəsiri var

BİZNES
605

Fransa ilə Azərbaycan arasında əməkdaşlıq bir çox istiqamətlər üzrə yüksək səviyyədədir. Son bir neçə il ərzində Avropa İttifaqının dəstəyi ilə fransalı ekspertlər Azərbaycanda iqtisadi və sosial islahatların həyata keçirilməsində köməklik göstəriblər. Bu, icbari tibbi sığorta, pensiya islahatının təmin olunması, qadınların işdə hüquq və imkanlarının genişləndirilməsi, məhdud imkanlı insanların sosial inteqrasiyası və suyun təmizlənməsi üzrə milli strategiyanın hazırlanmasını əhatə edir.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Azərbaycanla Fransa arasında əməkdaşlığın indiki statusu

Səfir bildirib ki, Fransa İnkişaf Agentliyi (AFD) Azərbaycan dəmir yollarının modernləşdirilməsinin dəstəklənməsi üçün mühüm maliyyə paketləri və ekspert yardımı təqdim edir. Fransa və Azərbaycan, həmçinin kosmik sahədə əməkdaşlıq edirlər.

Diplomat qeyd edib ki, “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi şirkətlər Azərbaycanda güclü mövqelərə malikdir:

“Aparıcı Fransa şirkətləri Azərbaycanda işləməyi hədəfləyir. Şübhə yoxdur ki, onlar Azərbaycanda vətəndaşların və istehlakçıların rifahı və təhlükəslizliyinə xidmət göstərə, suyun və havanın təmizlənməsi, bərk tullantıların utilizasiyası, keyfiyyətli tikinti, ekoloji təmiz enerji, şəhərlər və nəqliyyatın dayanıqlı inkişafı üzrə ən yaxşı standartları tətbiq edə bilərlər. AFD xətti ilə Fransa, həmçinin bu cür layihələrin reallaşdırılması üçün vasitələr və ekspert bilikləri təqdim etməyə hazırdır”.

Z.Qrossun sözlərinə görə, indiki neft böhranı ərəfəsində Azərbaycan üçün öz iqtisadiyyatını şaxələndirmək, bank sektorunda islahat keçirmək, eləcə də kiçik və orta müəssisələri inkişaf etdirmək olduqca vacibdir.

Pandemiya ikitərəfli münasibətlərə necə təsir göstərir?

Səfir vurğulayıb ki, Fransanın Bakıdakı səfirliyi, eləcə də Azərbaycanın Parisdəki səfirliyi bütün böhran boyunca öz işini davam etdirdi.

Z.Qross qeyd edib ki, Prezident Administrasiyasında dəyişikliklərdən, yeni hökumətin formalaşmasından və parlament seçkilərindən sonra Azərbaycan siyasi inkişafın yeni mərhələsinə qədəm qoyub:

“Ümid edirəm ki, bizim əldə edəcəyimiz ən vacib nailiyyətlərdən biri Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq Sazişinin hazırlanması olacaq. Post-pandemiya dövründə biz Aİ ilə Azərbaycan arasında daha geniş tərəfdaşlıq münasibətlərinə ehtiyac duyacağıq. Ona görə də bu saziş lazımi vaxta təsadüf edir”.

İkitərəfli ticarət dövriyyəsinin dinamikası

Səfir vurğulayıb ki, 2019-cu ildə Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi 750 milyon avroya çataraq əvvəlki illə müqayisədə 22 faiz artıb:

“Azərbaycan Fransaya 606 milyon avro məbləğində neft ixrac edib, Fransa öz növbəsində Azərbaycana 143 milyon avro məbləğində sənaye məhsulları, xüsusilə də mexaniki, elektron və elektrik avadanlıqları, kimyəvi məhsullar və kosmetika ixrac edib. Beləliklə, Fransanın Azərbaycanla 460 milyon avrodan çox ticarət kəsiri var. Ümid edirəm ki, bu fərqi azaltmaq mümüknü olacaq”.

(c)trend

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səfir:Fransanın Azərbaycanla 460 milyon avrodan çox ticarət kəsiri var — Fins.az — Fins.az