Səfir: "AFD Azərbaycana investisiyaları iki dəfə artırmağa hazırdır"

Səfir: "AFD Azərbaycana investisiyaları iki dəfə artırmağa hazırdır"

BİZNES
774

Fransa İnkişaf Agentliyi (AFD) Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunu iki dəfə artırmağa hazırdır.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros "Twitter" hesabında yazıb.

Səfir qeyd edib ki, AFD aşağı karbonlu energetika, nəqliyyat, su infrastrukturu və "ağıllı" şəhərlər kimi sahələrə investisiyaları iki dəfə artırmaqla təxminən 600 mln. avroya çatdırmağa hazırdır.

Səfir əlavə edib ki, AFD-nin nümayəndə heyəti iyul-avqust aylarında birgə əməkdaşlığı müzakirə etmək üçün Bakıya gələcək.

Xatırladaq ki, ötən il Azərbaycan və Fransa arasında ticarət dövriyyəsinin həcmi 560 mln. ABŞ dollarına yaxın olub.

(c)APA

 
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səfir: "AFD Azərbaycana investisiyaları iki dəfə artırmağa hazırdır" — Fins.az — Fins.az