Sahibləri “Detsky Mir”-in 16%-ini bir gecədə satıb

Sahibləri “Detsky Mir”-in 16%-ini bir gecədə satıb

BİZNES
848

"Detsky Mir" və  AFK Sistema-nın sahibləri  Vladimir Yevtushenkov və Rusiya-Çin İnvestisiya Fondu (RKIF) təxminən 118 milyon səhmi yəni “Detsky Mir”-in təxminən 16% -ni birjada satdıblar.

Fins.az xəbır verir ki, satıcılar 10,95 milyard rubl, o cümlədən AFK Sistema 8,9 milyard rubl gəlir əldə etdiblər. Vəsait Sistema  borclarını ödəmək üçün istifadə edilib. 30 aprel tarixinə korporasiyanın ümumi borcu, kreditlər və istiqrazlar da daxil olmaqla 37,7 milyard rubl təşkil edib.

“Detsky Mir”-in bir səhminin satış qiyməti 93 rubl təşkil edib ki, bu da iyunun 16-da Moskva birjasında ticarətin bağlanış qiymətinə 3,9% endirim deməkdir. “Detsky Mir”-in “AFK Sistema”-dakı payı ilk dəfə olaraq  50% -dən aşağı düşüb.

Sistema nümayəndəsi qeyd edib ki, 3.9% endirim bu cür əməliyyatlarda Rusiya şirkətləri üçün tarixən ən aşağı qiymətlərdən biridir. Onun sözlərinə görə, tələb təklifi üstələyib, 63% xarici investorların, 37% -i rusların payına düşüb.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibləri “Detsky Mir”-in 16%-ini bir gecədə satıb — Fins.az — Fins.az