Sahibkarlar Kubada keçiriləcək sərgi və yarmarkalara dəvət olunur

Sahibkarlar Kubada keçiriləcək sərgi və yarmarkalara dəvət olunur

BİZNES
267

Bu il Kuba Respublikasında bir sıra beynəlxalq sərgi və yarmarkaların keçirilməsi planlaşdırılır.

Fins.az xəbər verir ki, 2024-cü ilin 2-5 aprel tarixlərində Beynəlxalq Turizm Sərgisi, 3-5 aprel tarixlərində II Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi, 23-26 apreldə XIV Beynəlxalq İnşaat Sərgisi, 21-23 mayda IV Beynəlxalq maşın, qida texnologiyası, qablaşdırma, qida və içkilər yarmarkası, 17-21 iyunda IV Beynəlxalq Sənaye Sərgisi, 8-12 iyulda III Ticarət Konvensiyası, 5-9 noyabrda XL Havana Beynəlxalq Sərgisi, 9-22 dekabr tarixlərində isə XXVI Beynəlxalq Sənətkarlıq Sərgisi keçiriləcək.

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: [email protected]
Tel. (+994 12) 598-01-47/48 (daxili – 36 44)
Əlaqələndirici şəxs: Gülxas Nəsirova.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibkarlar Kubada keçiriləcək sərgi və yarmarkalara dəvət olunur — Fins.az — Fins.az