Sahibkarlar Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunurlar

Sahibkarlar Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunurlar

BİZNES
796

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib.

ASK-dan verilən məlumata görə, martın 5-6-da Özbəkistanın paytaxtında “Birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumu” təşkil olunacaq. Tədbir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və ölkənin İnvestisiya və Xarici Ticarət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Forumda “Biznes üçün şəffaflıq”, “Regional əlaqələrin dərinləşdirilməsi” və “Texnoloji innovasiyaların istifadəsi” mövzularında panel sessiyaların keçirilməsi də planlaşdırılır.

Forum 1500-dən çox xarici və yerli şirkət rəhbərlərini, investorları, ixracatçıları və beynəlxalq KOB-ları bir araya toplayacaq unikal tədbirdir. Forumda iştirak etməkdə maraqlı olanlar ASK-ya müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibkarlar Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunurlar — Fins.az — Fins.az