
Şahdəniz yatağında qaz və kondensat istehsalı açıqlanıb
2026-cı ilin ilk üç ayında “Şahdəniz” yatağından (Şahdəniz Alfa və Şahdəniz Bravo platformaları birlikdə nəzərə alınmaqla) təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 7 milyon barel) kondensat hasil edilib.
Fins.az bp şirkətinə istinadən xəbər verir ki, hesabat dövründə yataqdan hasil olunan qazın ixracı və təchizatı Azərbaycanın (SOCAR-a), Gürcüstanın (GOGC şirkətinə), Türkiyənin (BOTAŞ şirkətinə), həmçinin BTC boru kəmərinə və Avropadakı müxtəlif alıcılara fasiləsiz şəkildə davam etdirilib.
Mövcud Şahdəniz qurğularının ümumi hasilat gücü hazırda gündə təxminən 74,2 milyon standart kubmetr təşkil edir ki, bu da illik ifadədə təqribən 27,1 milyard kubmetrə bərabərdir.
Layihədə iştirak edən tərəflər sırasında bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%) yer alır.