Şahdəniz qaz layihəsində xərclər və hasilat gücü açıqlanıb

Şahdəniz qaz layihəsində xərclər və hasilat gücü açıqlanıb

BİZNES
335

2026-cı ilin birinci rübündə bp və konsorsium tərəfdaşlarının Azərbaycanın “Şahdəniz” yatağı üzrə fəaliyyətləri üçün ümumi əməliyyat xərcləri təxminən 785 milyon ABŞ dolları, əsaslı xərcləri isə təxminən 336 milyon ABŞ dolları təşkil edib.

Fins.az-ın bp-yə istinadən xəbər verir ki, 2025-ci ilin birinci rübündə əməliyyat xərcləri 726 milyon ABŞ dolları, əsaslı xərclər isə 213 milyon ABŞ dolları olub. Beləliklə, illik müqayisədə əsaslı xərclər 57,7%, əməliyyat xərcləri isə 8,13% artıb.

Məlumata əsasən, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74,2 milyon standart kubmetr, illik ifadədə isə təqribən 27,1 milyard standart kubmetr təşkil edir.

Şahdəniz yatağı üzrə iştirak payları bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%) arasında bölüşdürülüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şahdəniz qaz layihəsində xərclər və hasilat gücü açıqlanıb — Fins.az — Fins.az