
“Şahdəniz” layihəsində sualtı hasilat sistemi genişləndirilir - bp
bp şirkəti “Şahdəniz” layihəsində sualtı hasilat sisteminin genişləndirilməsini davam etdirir.
Fins.az xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stuart Şou Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclasında çıxışı zamanı deyib.
Stüart Şou bildirib ki, beş sualtı cinahın hamısı artıq istismardadır. Və biz növbəti illərdə əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq. Bütün bunlar Azərbaycanın qaz təchizatı imkanlarını gücləndirir və region və Avropa bazarları üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dəstək verir.
O əlavə edib ki, Şahdəniz Azərbaycanın Avropa və regional enerji bazarları qarşısındakı öhdəliklərinin əsas sütunlarından biri olaraq qalır:
"Bu il Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 ili tamam olur. Otuz ildən sonra hamımız bu nəhəng yatağın uğuru ilə qürur duya bilərik. Ötən il Şahdəniz yatağı təxminən 27 milyard kubmetr qaz hasil edib və demək olar ki, 100% etibarlılıq səviyyəsi nümayiş etdirib.”
S.Şou qeyd edib ki, “Şahdəniz” bp-nin ən iri qaz hasilat layihəsidir və hazırda Şahdəniz qurğuları gündə təxminən 77 milyon standart kubmetr qaz hasilatı və emalı gücünə malikdir:
"TAP boru kəmərinin genişləndirilməsindən sonra CQD operatorları 1 yanvar 2026-cı il tarixindən etibarən Avropaya gündəlik ixrac həcmlərini artıraraq ildə təxminən 12 milyard kubmetrə çatdırıb. Bu ötürücülük gücü hazırda qüvvədədir və istifadə edilir.”
Qeyd edək ki, “Şahdəniz” layihəsinin iştirakçı payları belədir:
bp (operator – 29,99%)
LUKOIL – 19,99%
TPAO – 19,00%
SGC – 16,02%
NICO – 10,00%
MVM – 5,00%
Fuad Mədətov
Fins.az