Rystad Energy: Yanacaq elementlərinə investisiyalar 2030-cu ilə qədər 10 dəfə artacaq

Rystad Energy: Yanacaq elementlərinə investisiyalar 2030-cu ilə qədər 10 dəfə artacaq

BİZNES
116

Fins.az - Rystad Energy analitik şirkətinin proqnozuna görə, yanacaq elementləri (fuel cells) vasitəsilə elektrik enerjisi istehsalı texnologiyalarına qlobal investisiyalar 2030-cu ilə qədər təxminən 10 dəfə artacaq.

Hesabata əsasən, bu sahəyə yatırılan investisiyaların həcmi 2025-ci ildəki 2,8 milyard dollardan 2030-cu ildə 30 milyard dollara yüksələcək.

Artımın əsas səbəbi məlumat emalı mərkəzlərinin (Data Center) elektrik enerjisinə olan tələbatının sürətlə artmasıdır.

Məlumata görə, hazırda ümumi gücü təxminən 9 giqavat olan layihələrin həyata keçirilməsi üçün müqavilələr artıq imzalanıb.

Bu layihələrə sərmayə qoyan şirkətlər arasında Oracle, AEP, EquinixBrookfield yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rystad Energy: Yanacaq elementlərinə investisiyalar 2030-cu ilə qədər 10 dəfə artacaq — Fins.az — Fins.az