Rusiyada çovdar ununun istehsalı azalıb

Rusiyada çovdar ununun istehsalı azalıb

BİZNES
396

Fins.az - Rusiyada 2026-cı ilin birinci rübündə ümumi un istehsalı 2,36 milyon ton təşkil edərək ötən ilin eyni dövrünə yaxın səviyyədə qalıb.

Bununla belə, çovdar ununun istehsalı 6,9% azalaraq 100,89 min tona düşüb. Məlumatı Aqrar Bazar Konyunkturası İnstitutunun baş direktor müavini Irina Glazunova açıqlayıb.

Eyni dövrdə buğda və buğda-çovdar ununun istehsalı 2,19 milyon ton olub ki, bu da illik müqayisədə 0,3% artım deməkdir. Buğda ununun yüksək sortu üzrə istehsal 1,56 milyon tona (+1,1%), ikinci sort üzrə isə 47,26 min tona (+1,5%) yüksəlib.

Bununla yanaşı, birinci sort buğda ununun istehsalı 4,3% azalaraq 369,7 min tona enib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada çovdar ununun istehsalı azalıb — Fins.az — Fins.az