"Socar Polymer"in ixrac gəlirləri 12% artıb

"Socar Polymer"in ixrac gəlirləri 12% artıb

BİZNES
454

2025-ci ilin yanvar-iyun aylarında "Socar Polymer"in ixrac gəlirləri 129 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 milyon ABŞ dolları və ya 12,1% çoxdur.

Belə ki, 2024-cü il yanvar-iyun aylarında "Socar Polymer"in ixrac gəlirləri 115,1 milyon ABŞ dolları idi.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

“SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALĞIC" MMC, "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Socar Polymer"in ixrac gəlirləri 12% artıb — Fins.az — Fins.az