"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək

"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək

BİZNES
237

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) Cənubi Afrikada yerləşən Botsvana dövlətinin Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb.

Finss.az-a Agentlikdən daxil olan məlumata görə, sözügedən dövlət qurumu ilə imzalanmış uzunmüddətli tərəfdaşlıq müqaviləsi sayəsində Botsvanada “Azerspace-1” peykinin yerüstü rabitə və data xidmətləri təqdim olunacaq.

Qeyd edək ki, “Azerspace-1” peykinin C yayım zolağının Afrika şüası üzrə Botsvanaya peyk data xidmətinin verilməsi ilk dəfə olaraq həyata keçirilir.

Azərkosmos təkcə Cənubi Afrikada yerləşən 13 dövlətdən 6-na peyk xidmətləri təqdim edir. Botsvana ilə qurulmuş bu əməkdaşlıq Cənubi Afrika ölkələrində həyata keçirilən irihəcmli data layihələrində “Azerspace” peyklərinin xidmətlərinin istifadəsini genişləndirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək — Fins.az — Fins.az