Qlobal neft ehtiyatları 8,2 milyard bareldən çox olub – 2021-ci ildən bəri rekord səviyyə

Qlobal neft ehtiyatları 8,2 milyard bareldən çox olub – 2021-ci ildən bəri rekord səviyyə

BİZNES
239

Fins.az - Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına əsasən, qlobal neft ehtiyatları hazırda 8,2 milyard bareldən çoxdur və bu göstərici 2021-ci ilin fevralından bəri ən yüksək səviyyədir.

Hesabatda bildirilir ki, ehtiyatların təxminən yarısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində yerləşir. Onlardan 1,25 milyard barel hökumətlərin fövqəladə ehtiyatları, əlavə 600 milyon barel isə dövlət öhdəlikləri çərçivəsində saxlanılan sənaye ehtiyatlarını təşkil edir.

BEA qeyd edir ki, üzv ölkələr 11 mart tarixində bazara 400 milyon barel fövqəladə ehtiyat buraxmaq barədə razılığa gəliblər. Bu əlavə ehtiyatların bazara çıxarılması isə müxtəlif ölkələrin milli şəraitinə uyğun təmin ediləcək.

Hesabatda vurğulanıb ki, bu koordinasiya olunmuş ehtiyat buraxılışı bazar üçün müsbət rol oynasa da, münaqişə tezliklə həll olunmasa, tədbir yalnız müvəqqəti həll hesab olunur. Müharibənin qlobal neft və qaz bazarlarına, həmçinin iqtisadiyyata təsiri hərbi hücumların intensivliyindən, enerji infrastrukturuna dəyən zərərdən və Hörmüz boğazından gəmi daşımalarının nə qədər müddətə pozulmasından asılı olacaq. Daşımaların bərpası üçün sığorta mexanizmlərinin və gəmilərin fiziki təhlükəsizliyinin təmin edilməsi neft bazarı üçün həyati əhəmiyyət kəsb edir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal neft ehtiyatları 8,2 milyard bareldən çox olub – 2021-ci ildən bəri rekord səviyyə — Fins.az — Fins.az