
Qeyri-neft sektoru üzrə ÜDM-in real artım tempi 5,5 % proqnozlaşdırılır
2022-ci ilin dövlət büdcəsi zərfində qeyd olunan qeyri-neft sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,9%-dən 5,5 %-ə qaldırılıb.
"Fins.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən yayımlanan Dövlət Büdcəsinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər-də məlumat verilib.
Bildilir ki, ÜDM-nin real artımı 3,4% olmaqla nominal ifadədə 115,4 milyard manata, habelə qeyri-neft sektoru üzrə ÜDM-in 65,7 milyard manata qədər artacağı proqnozlaşdırılır.
Qeyd olunur ki,ümumilikdə 2022-ci ilin dövlət büdcəsi zərfində nəzərdə tutulan proqnozla müqayisədə ÜDM üzrə 28,8 milyard manat əlavə nominal artım proqnozlaşdırılmışdır ki, bunun da əsas hissəsi – 23,5 milyard manatı neft sektorunun, yerdə qalan 5,3 milyard manatı isə qeyri-neft sektorunun hesabına formalaşacaq.
Müəllif:Aynur Qəniyeva