
Qazaxıstan–Azərbaycan ticarət dövriyyəsi 47,1 milyon dollar olub
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Qazaxıstan ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 47,1 milyon dollar təşkil edib.
Qazaxıstanın rəsmi statistik məlumatlarına əsasən, bu dövrdə Azərbaycana ixracın həcmi 37,3 milyon dollar olub.
Eyni zamanda Azərbaycandan Qazaxıstana ixrac olunan məhsulların dəyəri 9,8 milyon dollar təşkil edib.
Rəqəmlər iki ölkə arasında ticarət əlaqələrinin davam etdiyini, lakin ixrac və idxal balansında fərqin mövcud olduğunu göstərir.