
Qazaxıstan neft məhsullarının ixracına qadağanı uzadacaq
Fins.az - Qazaxıstan Energetika Nazirliyi ölkə ərazisindən neft məhsullarının ixracına tətbiq olunan müvəqqəti qadağanın uzadılmasını planlaşdırır.
Məlumata görə, 21 may – 21 noyabr 2026-cı il tarixlərində avtomobil nəqliyyatı ilə benzin, dizel yanacağı və digər bəzi neft məhsullarının ixracı məhdudlaşdırılacaq. Eyni zamanda Avrasiya İqtisadi İttifaqı ölkələrinə də daşınmalara qadağa qüvvədə qalacaq.
Bundan başqa, 1 iyul – 31 dekabr 2026-cı il aralığında Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara yüngül distillatlar, aviasiya kerosini, dizel yanacağı, qazoyl, toluol, ksilen və neft bitumu kimi məhsulların ixracına da əlavə məhdudiyyətlər tətbiq ediləcək.