Qazaxıstan və Çin $1,2 mlrd-lıq polad zavodu tikəcək

Qazaxıstan və Çin $1,2 mlrd-lıq polad zavodu tikəcək

BİZNES
336

Fins.az - Qazaxıstan və Çinin “Fujian Hengwang Investment” şirkəti ölkədə iri polad zavodunun tikintisini planlaşdırır. Layihənin investisiya dəyəri 1,2 milyard dollar təşkil edir.

Yeni müəssisənin illik istehsal gücü 3 milyon tona qədər olacaq. Zavod həm daxili bazarı təmin etməyə, həm də ixrac imkanlarını genişləndirməyə yönələcək.

Layihənin həyata keçirilməsi nəticəsində təxminən 2500 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Razılaşma Qazaxıstanın ticarət naziri Arman Şakkaliyevin Çinin Fujian əyalətinə səfəri çərçivəsində əldə olunub.

Məlumata görə, 2025-ci ildə Qazaxıstanla Fujian əyaləti arasında ticarət dövriyyəsi 522 milyon dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan və Çin $1,2 mlrd-lıq polad zavodu tikəcək — Fins.az — Fins.az