“Qarabağ” yatağı üzrə yekun investisiya qərarı yaxın zamanda qəbul ediləcək - bp

“Qarabağ” yatağı üzrə yekun investisiya qərarı yaxın zamanda qəbul ediləcək - bp

BİZNES
182

Fins.az - bp-nin hasilat və əməliyyat fəaliyyəti üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında “Qarabağ” yatağının işlənməsi ilə bağlı yekun investisiya qərarının (FID) yaxın zamanda qəbul ediləcəyini bildirib.

O qeyd edib ki, “Qarabağ” yatağı bir neçə il əvvəl kəşf edilib və artıq geoloji və texniki baxımdan yaxşı öyrənilmiş aktivlərdən biri hesab olunur. Birrelin sözlərinə görə, zaman-zaman müxtəlif beynəlxalq şirkətlər də bu yatağın işlənməsinə maraq göstərib.

bp rəsmisi vurğulayıb ki, şirkət yatağın kommersiyalaşdırılması mərhələsində ən müasir texnologiyaların tətbiqinə üstünlük verəcək. Bu yanaşma layihənin iqtisadi səmərəliliyinin artırılmasına və investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edir.

Onun sözlərinə görə, layihə çərçivəsində çoxşaxəli quyuların qazılması və dəniz əməliyyatları üçün zəruri avadanlıqların inteqrasiya olunmuş şəkildə tətbiqi planlaşdırılır.

Qordon Birrell əlavə edib ki, bu texnoloji həllər “Qarabağ” yatağının işlənməsini daha səmərəli və dayanıqlı modelə çevirəcək və layihənin gələcək inkişafına mühüm töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Qarabağ” yatağı üzrə yekun investisiya qərarı yaxın zamanda qəbul ediləcək - bp — Fins.az — Fins.az