
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı artıb
2026-cı ilin aprelin 1-i tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 5 689 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, eləcə də 101 584 fərdi sahibkar fəaliyyət göstərib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 407 vahid və ya 7,7%, həmçinin 5 709 vahid və ya 5,9% artım deməkdir.
Məlumata əsasən, mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 4 243, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 992 nəfər təşkil edib. Bu göstəricilər ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2% və 0,5%-nə bərabərdir.
Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 253 (ümumi pay 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 55 (0,4%) olub. Orta sahibkarlıq subyektləri Qarabağda 109 (2,5%), Şərqi Zəngəzurda isə 20 (0,5%) təşkil edib. İri sahibkarlıq subyektlərinin sayı isə Qarabağ iqtisadi rayonunda 13 (1,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda 4 (0,4%) olaraq qeydə alınıb.
Fərdi sahibkarların sayı isə Qarabağ iqtisadi rayonunda 93 556 (ümumi pay 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 8 028 (0,5%) nəfər olub.