Porsche Bugatti-dəki payının bir hissəsini investor konsorsiumuna satır

Porsche Bugatti-dəki payının bir hissəsini investor konsorsiumuna satır

BİZNES
392

Fins.az - Almaniyanın Porsche şirkəti Bugatti Rimac birgə müəssisəsindəki payının bir hissəsini investor konsorsiumuna satmaq qərarına gəlib. Konsorsiuma Nyu-Yorkda yerləşən HOF Capital rəhbərlik edir.

Qeyd edək ki, 2021-ci ildə yaradılmış Bugatti Rimac birgə müəssisəsində Porsche 45%, Xorvatiyanın Rimac Group şirkəti isə 55% paya sahibdir. Bundan əlavə, Porsche Rimac Group-un 20,6%-nə də malikdir.

Razılaşmaya əsasən, Porsche həm birgə müəssisədəki, həm də Rimac Group-dakı payının bir hissəsini satacaq. Konsorsiuma həmçinin Abu-Dabidən olan BlueFive Capital və ABŞ ilə Avropa İttifaqından institusional investorlar daxildir.

Müqavilə tamamlandıqdan sonra Rimac Group Bugatti Rimac üzərində nəzarəti saxlayacaq və yeni tərəfdaşlarla birlikdə şirkətin gələcək inkişafını dəstəkləyəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Porsche Bugatti-dəki payının bir hissəsini investor konsorsiumuna satır — Fins.az — Fins.az