Polşa və Cənubi Koreya raket istehsalı üzrə saziş imzaladı

Polşa və Cənubi Koreya raket istehsalı üzrə saziş imzaladı

BİZNES
504

Finss.az xəbər verir ki, Varşava və Seul Polşada CGR-080 raketlərinin istehsalına dair investisiya sazişi imzalayıblar. Polşa Müdafiə Nazirliyinin məlumatına görə, zavod “WB Electronics” və “Hanwha Aerospace” şirkətlərinin birgə müəssisəsi əsasında tikiləcək.

Müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, bu saziş Polşanın silah və raket istehsalı imkanlarını genişləndirəcək və texnologiyanın ölkə daxilində istehsalına şərait yaradacaq.

CGR-080 raketləri Seuldan alınan Homar-K (K239 Chunmoo MLRS) sistemlərində istifadə olunur. Nazirlik qeyd edib ki, texnologiya transferi sayəsində raketlər Polşa ordusunun digər sistemlərində də tətbiq ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Polşa və Cənubi Koreya raket istehsalı üzrə saziş imzaladı — Fins.az — Fins.az