Pərviz Şahbazov: Regiondan enerji ixracı Azərbaycanın “yaşıl” siyasətinin əsas elementidir

Pərviz Şahbazov: Regiondan enerji ixracı Azərbaycanın “yaşıl” siyasətinin əsas elementidir

BİZNES
520

Regiondan müxtəlif istiqamətlərə enerji ixracı Azərbaycanın həyata keçirdiyi “yaşıl” siyasətin əsas elementlərindən biridir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışı zamanı məlumat verib.

Nazir bildirib ki, ölkənin “yaşıl enerji” strategiyası üç əsas istiqamət üzərində qurulub:

“Birincisi, enerji təhlükəsizliyi, təbii ki, iqtisadi faydalar və həmçinin ətraf mühitin davamlılığıdır”.

Onun sözlərinə görə, Azərbaycanın bərpaolunan enerji layihələrinin inkişafı və bu enerjinin Avropa qitəsinə ixracının planlaşdırılması bir neçə strateji məqsədə xidmət edir:

“Azərbaycanın yaşıl enerji layihələrini inkişaf etdirərək və bu enerjinin Avropa qitəsinə ixracını planlaşdıraraq, ilk növbədə ölkəmizin, Azərbaycan Respublikasının, həmçinin yaxın qonşularımızın enerji təhlükəsizliyini təmin edirik, eləcə də Avropa tərəfdaşlarımız üçün. Təbii ki, qeyd etdiyim kimi, bu layihələr iqtisadi baxımdan da bütün tərəfdaşlarımız, o cümlədən Avropa İttifaqı tərəfdaşlarımız üçün faydalıdır”.

P.Şahbazov əlavə edib ki, həyata keçirilən təşəbbüslər ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır:

“Bu layihələrin ətraf mühit baxımından da çox önəmli tərəfi vardır. Bu sahədə həyata keçirdiyimiz bütün proqramlar sayəsində həm özümüzün, həm də tərəfdaşlarımızın ətraf mühit təhlükəsizliyinə ciddi töhfə veririk”.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pərviz Şahbazov: Regiondan enerji ixracı Azərbaycanın “yaşıl” siyasətinin əsas elementidir — Fins.az — Fins.az