Pərviz Şahbazov Bolqarıstan naziri ilə qaz və yaşıl enerji layihələrini müzakirə edib

Pərviz Şahbazov Bolqarıstan naziri ilə qaz və yaşıl enerji layihələrini müzakirə edib

BİZNES
498

Azərbaycan və Bolqarıstan energetika sahəsində əməkdaşlığı müzakirə ediblər.

Fins.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında paylaşım edib.

Nazir qeyd edib ki, Məşvərət Şurası nazirlər iclasları çərçivəsində Bolqarıstanın energetika naziri Trayço Traykov ilə görüş keçirilib.

Görüşdə təbii qaz tədarükü, Bolqarıstanın qazlaşdırma layihəsi və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Nazir paylaşımında bildirib ki, ötən il Azərbaycandan Bolqarıstana 1,65 milyard kubmetr təbii qaz tədarük edilib.

Müzakirələr həm enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də regional əməkdaşlığın inkişafına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pərviz Şahbazov Bolqarıstan naziri ilə qaz və yaşıl enerji layihələrini müzakirə edib — Fins.az — Fins.az