“Partners & Business” layihəsi çərçivəsində  IV-cü “Boulinq” çempionatı keçirilib

“Partners & Business” layihəsi çərçivəsində  IV-cü “Boulinq” çempionatı keçirilib

BİZNES
770

20 may MARSOL-un təşkilatçılığı ilə “Partners & Business” layihəsi çərçivəsində  sosial fəaliyyətlərimizə daxil olan IV-cü “Boulinq” çempionatı keçirilib. Çempionat Park Bulvarda yerləşən “Sports Cafe”də baş tutub.

Partnyorlarımızın aktiv istirahət, xoş zaman keçirməsinə istiqamətlənmiş və hərkəsin sevimli oyununa çevrilmiş boulinq öz sirləri və heç də sadə olmayan mexanizmləri ilə bütün oyunçulara əyləncə dolu anlar yaşadıb.
Yarışın nəticələrinə əsasən finalda ən yüksək nəticəni əldə edən şəxs “EnvixPrint” şirkətinin rəhbəri Bahadur bəy oldu. Əvvəldən qeyd etdiyimiz kimi 135 xal üstünlüyü ilə qalib gələn Bahadur bəy kubok və sertifikatla mükafatlandırılıb.
Oyundan sonra sahibkarlar çay süfrəsi masasında ətrafında bir araya toplanıb və oyunla bağlı təəssüratlarını bölüşüblər. Bununla yanaşı “Partners & Business” Baku 2022 Yerli Şirkətlərin Tanıtım Sərgisi haqqında məlumat verilib və sərgi dəvətnamələri qonaqlara təqdim edilib.
Sonda isə “Sports Cafe”nin sahibi Uğur bəy məkanda gösətirlən fəaliyyətlərdən bəhs edib və Marsol partnyorlarına edilən xüsusi endirimlər haqında məlumat verilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Partners & Business” layihəsi çərçivəsində  IV-cü “Boulinq” çempionatı keçirilib — Fins.az — Fins.az