Pandemiya dövründə gəlirdə olan SAHƏLƏR

Pandemiya dövründə gəlirdə olan SAHƏLƏR

BİZNES
1,689

Pandemiya dövründə əmək bazarındakı vəziyyət daim dəyişir. 10-20 il əvvəl qazanclı olan sahələrə bu gün ümumiyyətlə tələbat yoxdur.

Bu, həmin sahələrdə çalışanlar üçün ağrılı olsa da, təbii haldır. Çünki elm inkişaf edir, yeni texnologiyalar, yeni iş sahələri yaranır.

Fins.az-ın araşdırmasına görə, dünya üzrə pandemiya dövründə hazırda ən çox qazanc əldə edən şəxslər cərrahlardır. Bu sahənin peşəkarı olmaq üçün tələb olunan vaxt, əmək sərfiyyatı çox olsa da, ömürlük qazanc təmin olunur. Bu gün bütün dünyada cərrahlara, xüsusən də estetik cərrahlara ehtiyac böyükdür. Cərrahın orta hesabla illik qazancı 180 min dollardır.

Siyahıda ikinci yerdə duran iş sahəsi də birbaşa cərrahiyyə ilə əlaqədardır. Bu, anestezioloqlardır. Olduqca məsuliyyətli iş olan anestezioloqlara da bütün dünyada böyük tələbat var və onların qazancı çoxdur.

Üçüncü yerdə isə baş menecerlər yer alıb. İdarəetmə təhsili olmayan şəxs bir quruma rəhbərlik edə bilsə də, menecerlik hələ də müstəqil bir peşə kimi seçilir. Söhbət şirkət prezidentləri və CEO-lardan gedir. Bu cür vəzifələr əsas sayılır, çünki onu tutan şəxs müəssisənin və işçilərinin taleyini təyin edən vacib qərarlar qəbul etməkdə məsuldur. Təbii ki, bu qədər yüksək məsuliyyət möhkəm gəlirlə kompensasiya olunmalıdır. Baş menecer üçün dünya üzrə orta illik əmək haqqı 135.000 dollardır.

Siyahıda dördüncü yerdə qərarlaşan təyyarə pilotları isə həm çox qazanırlar, həm də bu sahə hələ də romantik sayılır. Pilotluq böyük məsuliyyətdir, buna görə çox hazırlıq və şəxsi keyfiyyətlər tələb olunur. Dünyada bir pilotun illik maaşının 134 min dollara çatmasının səbəbi budur.

Stomatoloq – siyahıda artıq üçüncü tibbi ixtisas. Statistikaya görə, bu gün stomatoloji xidmətlərə olan tələb təklifi 4 dəfə üstələyir. Dünyada stomatoloji klinikaların sayı durmadan artsa da, bazar yeri hələ də doldurulmayıb. Bir mütəxəssis üçün maksimum illik əmək haqqı 132 min dollardır.

Siyahıda altıncı yerdə bazar analitikləri qərarlaşıb. Bazar iqtisadiyyatı şəraitində səriştəli analitiklər hər yerdə tələb olunur: onların araşdırmalarına və proqnozlarına diqqət yetirərək, ticarət şirkətləri gələcək inkişaf strategiyalarını hazırlayırlar. Böyük xarici şirkətlərdə bu cür mütəxəssislər yüksək pul alırlar: ildə 111 min dollara qədər.

Reytinq cədvəlinin növbəti yerlərində hüquqşünas, İT mütəxəssis, reklam meneceri və gen mütəxəssisləri yer alıb.

Tuncay Türbəndəzadə

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pandemiya dövründə gəlirdə olan SAHƏLƏR — Fins.az — Fins.az