Pakistan şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Pakistan şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

BİZNES
1,050

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Pakistanın “9D Technologies” şirkətinin baş direktoru Abdul Salamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

KOBİA-dan Fins.az-a bildirilib ki, görüşdə ölkəmizdə innovativ sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA-nın startaplara, mikro və kiçik sahibkarlara göstərdiyi müxtəlif dəstək və xidmətlər barədə məlumat verilib, informasiya-kommunikasiya texnologiyaları sahəsində KOB-ların rolunun artırılması və şirkətlə əməkdaşlıq imkanları müzakirə edilib.

Leyla Fikrətqızı
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pakistan şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib — Fins.az — Fins.az