Özəlləşdirmədən dövlət büdcəsinə 25,8 mln. manatdan çox vəsait köçürülüb

Özəlləşdirmədən dövlət büdcəsinə 25,8 mln. manatdan çox vəsait köçürülüb

BİZNES
326

Bu ilin yanvar-iyun ayları ərzində keçirilən 38 hərracda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 319 nəqliyyat vasitəsi özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, hesabat dövründə hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.

Cari ilin birinci yarısında investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə ümumilikdə 7,5 mln. manata yaxın vəsait qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi reallaşıb.

Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 25,8 mln. manatdan çox təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Özəlləşdirmədən dövlət büdcəsinə 25,8 mln. manatdan çox vəsait köçürülüb — Fins.az — Fins.az