Ötən il ölkədən 293,7 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib

Ötən il ölkədən 293,7 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib

BİZNES
229

Finss.az - 2024-cü il ərzində ölkədən 293,7 milyon ABŞ dolları dəyərində 1,1 milyon tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 18,3 faiz və ya 45,4 milyon dollar, həcm baxımından isə 18 faiz və ya 169,4 min tondan çox artım qeydə alınıb.

Ötən ilin nəticələrinə görə, kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,75 faizə bərabər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il ölkədən 293,7 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib — Fins.az — Fins.az