Ötən il Naxçıvanda 672 ipoteka kredit verilib

Ötən il Naxçıvanda 672 ipoteka kredit verilib

BİZNES
876

2019-cu ildə Naxçıvan MR-da daşınmaz əmlakın dövlət reyestrində 672 ipotekanın qeydiyyatı aparılıb.

Bu barədə yerli Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verir.

Məlumata görə, bunun 52%-i Naxçıvan şəhərinin, 48%-i isə muxtar respublikanın digər yaşayış məntəqələrinin payına düşür.

İpoteka krediti hesabına əldə edilmiş 112 mənzil, 11 fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 2018-ci illə müqayisədə ümumi ipoteka qeydiyyatı 54%,ipoteka ilə əldə edilən əmlakların qeydiyyatının sayı 38% artıb.

2019-cu ildə ipoteka kreditləşməsi vasitəsilə əldə edilən mənzillərin hər kvadratmetrinin orta qiyməti 750 manat təşkil edib. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də ipoteka krediti hesabına əsasən iki və üçotaqlı mənzillərin alınmasına üstünlük verilib.

© Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il Naxçıvanda 672 ipoteka kredit verilib — Fins.az — Fins.az