
OpenAI yeni süni intellekt layihəsinə 1,5 milyard dollara qədər investisiya edəcək
Fins.az - ABŞ-nin süni intellekt şirkəti OpenAI yeni yaradılacaq birgə müəssisəyə 1,5 milyard dollara qədər investisiya yatırmağı planlaşdırır.
Məlumata görə, ilkin mərhələdə şirkət 500 milyon dolları öz səhmləri formasında yatıracaq, daha sonra isə əlavə olaraq 1 milyard dollar sərmayə qoymaq imkanı olacaq. Bu səhmlərin gələcəkdə texnologiya və intellektual mülkiyyətin alınması üçün istifadə ediləcəyi bildirilir.
Layihəyə digər iri investorlar da qoşulacaq və onların ümumi yatırımı təxminən 4 milyard dollar təşkil edəcək.
İnvestisiya mərhələsinin may ayının əvvəlində tamamlanacağı gözlənilir və layihənin ümumi dəyəri 10 milyard dollar səviyyəsində qiymətləndirilir.