
OpenAI yeni nəsil GPT-5.5 modelini təqdim edib
Fins.az - ABŞ-ın OpenAI şirkəti yeni nəsil süni intellekt modeli GPT-5.5-i təqdim edib.
Şirkətin məlumatına görə, bu model əvvəlkilərlə müqayisədə daha “ağıllı” və intuitivdir. GPT-5.5 istifadəçinin nə etmək istədiyini daha tez anlayır və bir çox tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir.
Yeni model proqramlaşdırma və kodun düzəldilməsi, onlayn mənbələrin öyrənilməsi, məlumatların təhlili, sənədlərin və cədvəllərin hazırlanması, eləcə də proqram təminatının idarə olunması kimi funksiyalarda yüksək nəticələr göstərir.
Bildirilib ki, istifadəçilər artıq mürəkkəb və çoxmərhələli tapşırıqları modelə həvalə edə bilərlər. GPT-5.5 özü plan qurur, uyğun alətləri seçir, nəticələri yoxlayır və qeyri-müəyyən məqamları aydınlaşdırır.