Onlayn mağazaların istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb

Onlayn mağazaların istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb

BİZNES
737

Bu ilin ilk rübündə onlayn alış-veriş resurslarının istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb.
Fins.az xəbər verir ki, “Kaspersky” şirkəti bu barədə məlumat yayımlayıb.
Bütün dünyada onlayn mağazalardan feyk səhifələrə keçid cəhdlərinin payı iki dəfə - 9%-dən 18%-dək artıb.

Hazırda müxtəlif onlayn xidmətlərə tələbatın artmasından istifadə edərək, hakerlər istifadəçilərin məlumatlarını və ya pullarını əldə etmək üçün tanınmış onlayn alış-veriş platformalarını təkrarlayan fişinq saytlar yaradırlar. Bu səbəbdən istifadəçilərə saytların xidmətlərindən istifadə etməzdən öncə diqqətli olmaları tövsiyə olunur. 

Pandemiya səbəbindən həm də istifadəçilərə koronavirusun təyin olunması üçün saxta testlər və onun dərmanları, eləcə də şişirdilmiş qiymətə maskalar və sair məhsullar təklif edən resurslar üzə çıxıb. İlin əvvəlindən koronavirus mövzusunu öz məqsədləri üçün istifadə edən 4,6 mindən çox şübhəli resurs aşkarlanıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Onlayn mağazaların istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb — Fins.az — Fins.az