Ölkədə elektrik istehsalında “yaşıl enerji” payı 34,1%-ə yüksəlib

Ölkədə elektrik istehsalında “yaşıl enerji” payı 34,1%-ə yüksəlib

BİZNES
270

Aprelin 19-u Azərbaycanda istehsal olunan elektrik enerjisinin 34,1 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb.

Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, aprelin 19-da ölkədə ümumilikdə 60,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bunun 20,7 milyon kilovat-saatı bərpa olunan enerji mənbələri hesabına təmin edilib.

Məlumata əsasən, həmin həcmdən 15,6 milyon kilovat-saat su elektrik stansiyalarında, 5,1 milyon kilovat-saat isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.

Qeyd edilib ki, 2026-cı ilin birinci rübü üzrə operativ göstəricilərə əsasən, ölkədə ümumilikdə 6 milyard 991 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu dövrdə istilik elektrik stansiyalarında 6 milyard 66 milyon, su elektrik stansiyalarında 510,5 milyon, digər mənbələr üzrə isə 414,5 milyon kilovat-saat enerji istehsal olunub.

Alternativ enerji mənbələri üzrə istehsalda külək elektrik stansiyalarında 247,7 milyon, günəş elektrik stansiyalarında 91,3 milyon, bərk məişət tullantılarının yandırılması zavodunda isə 75,5 milyon kilovat-saat elektrik enerjisi əldə edilib.

Rüb ərzində ümumilikdə bərpa olunan enerji mənbələri üzrə istehsal 925 milyon kilovat-saat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə külək elektrik stansiyalarında istehsal 238,2 milyon kilovat-saat artıb.

Elektrik enerjisinin ixracı 142,4 milyon kilovat-saat, idxalı isə 35 milyon kilovat-saat təşkil edib.

Energetika Nazirliyinin məlumatına görə, “yaşıl enerji”nin payının artması ölkənin enerji balansında bərpa olunan mənbələrin rolunun getdikcə gücləndiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...