
OECD ölkələrində inflyasiya martda 4%-ə yüksəlib
Fins.az - Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində inflyasiya mart ayında sürətlənərək 4%-ə çatıb.
Məlumata görə, istehlak qiymətləri əvvəlki ayla müqayisədə 3,4%-dən 4%-ə yüksəlib. Artım əsasən enerji resursları qiymətlərindəki kəskin yüksəlişlə izah olunur.
Təşkilata daxil olan 37 ölkədən 33-də inflyasiyanın artdığı qeydə alınıb. İki ölkədə göstəricilər sabit qalıb, Sloveniya və Türkiyədə isə inflyasiyanın yavaşlaması müşahidə olunub.
Ekspertlər bildirirlər ki, enerji bazarındakı dəyişkənlik yaxın dövrdə də qiymət təzyiqlərini yüksək saxlaya bilər.