Obyektlərin tikintisinə icazələrin portal vasitəsilə verilməsi planlaşdırılır

Obyektlərin tikintisinə icazələrin portal vasitəsilə verilməsi planlaşdırılır

BİZNES
1,023

Obyektlərin həm də tikintisinə icazələrin portal vasitəsilə verilməsi planlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında məlumat verlib 

Məlumatda bildirilir ki, “Bir pəncərə” elektron sisteminin təkmilləşdirilməsi işi davam etdirilir və bir neçə gün öncə ekspertizası tələb olunan obyektlərin də istismarına icazələrin portal vasitəsilə verilməsinə test rejimində başlanılıb.

Qeyd edilib ki, şəffaflığın təmin edilməsi üçün icazə icraatında tələb olunan ödənişlərlə bağlı kalkulyator hazırlanaraq birpencere.arxkom.gov.az portalında yerləşdirilib,

Daha sonra "icazə icraatında həyata keçiriləcək ödənişlər elektronlaşdırılıb. Perspektivdə bu növ obyektlərin həm də tikintisinə icazələrin portal vasitəsilə verilməsi planlaşdırılır" deyə bildilir. 

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Obyektlərin tikintisinə icazələrin portal vasitəsilə verilməsi planlaşdırılır — Fins.az — Fins.az