
“Nəsimi Bazarı”nın fəaliyyəti məhdudlaşdırılacaq
2020-ci il iyunun 18-də “Nəsimi Bazarı” ASC səhmdarlarının illik ümumi yıgıncağı keçiriləcəkdir.
Fins.az ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər - “2019-cu il üçün maliyyə hesabatının müzakirəsi”, “İdarə heyəti üzvlərinin seçilməsi”, “Təmir-tikinti işləri ilə əlaqədar “Nəsimi Bazarı” ASC-nin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması” və digər məsələlərdir.
Yığıncaq Bakı, Azadlıq prospekti 100 ünvanında keçiriləcəkdir.