Neft qiymətləri Yaxın Şərqdəki gərginlik və Rusiya təzyiqləri fonunda 1%-ə yaxın bahalaşdı

Neft qiymətləri Yaxın Şərqdəki gərginlik və Rusiya təzyiqləri fonunda 1%-ə yaxın bahalaşdı

BİZNES
952

Finss.az xəbər verir ki, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və ABŞ-ın Rusiya neftinin alıcılarına təzyiqlərinin güclənəcəyi gözləntiləri fonunda neft qiymətləri bu gün təxminən 1% bahalaşıb.

12:50 Bakı vaxtı ilə, London ICE Futures birjasında Brent markalı noyabr fyuçerslərinin qiyməti 0,56 dollar və ya 0,84% artaraq 66,95 dollar/barel səviyyəsinə yüksəlib.

Eyni zamanda, Nyu-York NYMEX birjasında, WTI markalı oktyabr fyuçersləri 0,54 dollar və ya 0,86% bahalaşaraq 63,17 dollar/barel olub.

Qiymət artımı əsasən geosiyasi risklər və enerji bazarında təchizat qeyri-müəyyənliyi ilə izah olunur. Analitiklərin fikrincə, neft bazarındakı bu dinamika yaxın günlərdə də davam edə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft qiymətləri Yaxın Şərqdəki gərginlik və Rusiya təzyiqləri fonunda 1%-ə yaxın bahalaşdı — Fins.az — Fins.az